PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” argentinalı futbolçunu azad agent kimi transfer etmək istəyir. Bununla belə, Di Mariyanın Argentina klublarından biri ilə qısamüddətli müqavilə imzalamağa qərar verməsi ehtimalı var.
Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də çıxış edir.