Şəhriyar Məmmədyarov qələbə ilə başladı

11:20 23 Aprel 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" seriyasının birinci mərhələsində mübarizəyə başlayıb.

Sportarena.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirib. Həmyerlimiz rapid templi oyunlarda rəqibinə 2,5:1,5 hesabı ilə qalib gəlib.

"Oslo Esports Cup" da Məmmədyarov, Kuanq Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.

Turnirin mükafat fondu 210 min dollardır.


Digər xəbərlər

Xəbər xətti