"Qalatasaray" İzmirə 4 itki ilə gedir

17:45 23 Aprel 2022

"Qalatasaray" Türkiyə Super Liqasının 34-cü turunun oyununda "Altay"ın qonağı olacaq.

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" bu oyuna ciddi itkilərlə çıxacaq. "Cim bom" 4 futbolçusunu İzmirə aparmayıb. Sofyan Fequli, Taylan Antalyalı, Olimpiu Morutan və Barış Alper Yılmazın adı qarşılaşmanın istirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Altay" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə saat 21:30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti