Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rubin”lə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 26 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.