Futbol üzrə İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Bolonya” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Cenoa” isə “Kalyari”ni minimal fərqlə üstələyib.
Səfərdə “Salernitana” ilə qarşılaşan “Fiorentina” məğlubiyyətlə üzləşib. Çempionluq uğrunda mübarizə aparan “Napoli” də “Empoli” ilə səfər matçında gözlənilməz məğlubiyyətə üzülüb. Matçın son 10 dəqiqəsinə qədər 2:0 öndə olan neapollular bu məğlubiyyət nəticəsində çempionluq şanslarını itiriblər.
Lider “Milan” səfərdə “Latsio” ilə üz-üzə gəlib. Erkən qol buraxan milanlılar qalan dəqiqələrdə çətinliklə də olsa, iki qol vurublar və əzmkar qələbə qazanıblar.
“Yuventus”un bu turdakı rəqibi “Sassuolo” olacaq.
İtaliya A Seriyası
34-cü tur
23 aprel
Venesiya – Atalanta 1:3
Qol: Çrniqoy, 80 – Paşaliç, 44. Sapata, 47. Muriel, 63.
Torino – Spetsiya 2:1
Qol: Lukiç, 4; 69 – Manaj, 90+7-pen.
İnter – Roma 3:1
Qol: Dumfris, 30. Brozoviç, 40. L.Martines, 52 – Mxitaryan, 85.
Verona – Sampdoriya 1:1
Qol: Kaprari, 78 – Kaputo, 44.
24 aprel
Salernitana – Fiorentina 2:1
Qol: Dyuriç, 9. Bonatsoli, 79 – Saponara, 64.
Bolonya – Udineze 2:2
Qol: Hiki, 6. Sansone, 59 – Udoqi, 25. Saksess, 46.
Empoli – Napoli 3:2
Qol: Henderson, 80. Pinamonti, 83; 88 – Mertens, 44. İnsinye, 53.
Cenoa – Kalyari 1:0
Qol: Badel, 89.
Latsio – Milan 1:2
Qol: İmmobile, 4 – Jiru, 50. Tonali, 90+2.
25 aprel
22:45 Sassuolo – Yuventus