Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Hanza Rostok”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da millimizin yarımmüdafiəçisi vurub. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Amma fasilədən sonra daha bir qol buraxan auelilər qələbəni əldən veriblər.
31 oyuna 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.