Karateçilərimiz 2 gümüş medal qazandı

Sportarena.az      25 Aprel 2022 , 15:00

Azərbaycan karateçiləri 22-24 Aprel tarixlərində Portuqaliyanın Matasinyoş şəhərində Karate1 Premyer Liqa turnirini 2 medalla başa vurub.



Sportarena.az xəbər verir ki, mükafatların hər ikisi gümüşdür.



Fərid Ağayev (-75 kq) və İrina Zaraetska (-68 kq) finalda qızıl medalları əldən verib. Tural Ağalarzadə (-67 kq) və Asiman Qurbanlı (84+ kq) isə bürünc medal görüşündə mükafatsız qalıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.



Portuqaliyada mövsümün ikinci Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edib. Qarşıda karateçilərimizi Mayda Mərakeşin paytaxtı Rabatda nüfuzlu turnirin növbəti mərhələsi gözləyir.



Turnir ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşərək, Sentyabrda Bakıda Karate1 Premyer Liqa turnirinin 4-cü mərhələsinə hazırlıq işlərini müzakirə edib. Y.Bəşirov həmçinin idmançıları mükafatlandırma mərasimində iştirak edib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin