Türkiyə Superliqasında 34-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
"Beşiktaş” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb və 3 cavabsız qola uduzub. “Sivasspor” isə evdə “Alanyaspor”u minimal hesabla üstələyib.
25 aprel
"Beşiktaş" – "Kasımpaşa" - 0:3
Qollar: Muleka, 28; 82. Ouanes, 45+1.
"Sivasspor" – "Alanyaspor" - 1:0
Qollar: Fajr, 52-pen.
Bu nəticədən sonra "Beşiktaş" 51 xalla 7-ci, "Kasımpaşa" 47 xalla 11-cidir.