"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında qol ötürməsi verən ən yaşlı futbolçu olub.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu İtaliya A Seriyasının 34-cü turunda "Latsio"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda bir qolun ötürməsini verib. İbrahimoviç bunu 40 yaş 6 ay 21 gün olarkən reallaşdırıb.
Bununla da o, 40 yaş 4 ay 23 gündə qol ötürməsi verən “Roma”nın sabiq hücumçusu Françesko Tottinin rekordunu qıra bilib.