Barcelona-da şok itki

13:15 26 Aprel 2022

Barcelona-nın müdafiəçisi Serjinyo Dest mövsümü erkən bitirib.

 

Sportarena.az xəbər verir ki, ABŞ yığmasının da üzvü olan 21 yaşlı futbolçu Rayo Vallecano ilə matçda zədələnib.

 

Onun sağ bud nahiyəsindən aldığı zədənin ciddi olduğu bildirilir. Bu zədəyə görə Destin nə qədər oynamayacağı dəqiq bilinməsə də, cari mövsümdə bir daha komandasına kömək edə bilməyəcəyi dəqiqdir.


Digər xəbərlər

Xəbər xətti