Bayern Münich yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, Bundesliqa nəhəngi yayda klubu tərk edəcəyi gözlənilən Robert Levandovskinin əvəzedicisini axtarır. Bavariyalıların ilkin hədəfi Ajax-ın hücumçusu Sebastyen Hallerdi.
Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsüm keçirdiyi 39 oyunda 33 qol vurub, 9 assist edib.