Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən millimizin üzvü Mahir Emreli zədələnib.
Sportarena.az xəbər verir ki, bu barədə "Sportske.jutarnji" nəşri məlumat yayıb.
25 yaşlı hücumçu Xorvatiya çempionatının 32-ci turunda “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunda çiynindən xəsarət alıb. Onun müalicəyə başladığı və bərpa olunması üçün müəyyən vaxta ehtiyac olduğu bildirilib.
Emrelinin mayın 1-də "Lokomotiv" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.