Futzal üzrə Azərbaycan millisi dekabrda İranın paytaxtı Tehran keçiriləcək “Xəzər Kuboku”nda iştirak edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiya Mini Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev “Match TV”yə müsahibəsində bildirib.
44 yaşlı funksioner turnirə Azərbaycan və Rusiya ilə yanaşı, İran və Qazaxıstan seçmələrinin də qatılacaqlarını söyləyib.
Əliyev Rusiya komandasının yarışda iştirakında hər hansı problemin olmayacağını vurğulayıb: “İran bizim köhnə tərəfdaşımızdır. Bu turnir artıq Həştərxanda keçirilib. İndi növbə İrandadır. Qazaxıstan və Azərbaycan da bu yarışlara ev sahibliyi etmək istəyir”.