"Sabah"ın əsas komandasının bu mövsümdəki ən məhsuldar futbolçusu Coy-Lens Mikels (11 qol) klubun akademiyasının U-12 komandası ilə görüşüb.
Sportarena.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, U-12-nin məşqinə gələrək sürpriz edən almaniyalı oyunçu görüş zamanı azyaşlı futbolçuların suallarını cavablandırıb. Sonda U-12 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.