Bu gün Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Joze Mourinyonun başçılıq etdiyi “Roma” ilk oyunu səfərdə keçirəcək. “Canavarlar” İngiltərədə “Lester Siti”nin qonağı olacaq. İtaliya A Seriyasında işləri yaxşı getməyən “Roma” Konfrans Liqasının qalibi olmağa can atır.
Yarımfinalın daha bir oyunu isə “Feyenoord”la Marsel “Olimpik”i arasında keçiriləcək. Fransa klubu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
28 aprel
23:00. Lester Siti (İngiltərə) – Roma (İtaliya)
Baş hakim: Karlos del Serro (İspaniya).
23:00. Feyenoord (Niderland) – Olimpik (Marsel, Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə).