Millimiz Belarusla Serbiyada qarşılaşacaq - RƏSMİ

15:25 28 Aprel 2022

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Belarus – Azərbaycan matçı iyunun 6-da, Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun saat 22:45-də başlayacaq.


Xəbər xətti