Azərbaycan komandalarının oyununda kütləvi dava

16:58 28 Aprel 2022

AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda kütləvi dava baş verib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, toqquşma 76-cı dəqiqədə yaşanıb.

 

Bununla əlaqədar İntizam Komitəsi cəzalar tətbiq edib. Qərara əsasən, “Bayil Rovers”dən Qismət Əhmədov, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimov 6 oyun cəzalanıb.

 

Hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.


Digər xəbərlər

Xəbər xətti