Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətdə "Liverpul"dan 7, "Mançester Siti"dən 3, "Real "dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Alison Bekker ("Liverpul")
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, İbrahima Konate, Endryu Robertson (hamısı "Liverpul")
Yarımmüdafiəçilər: Tyaqo Alkantara, Sadio Mane (hər ikisi "Liverpul"), Kevin De Brüyne, Bernardu Silva, Fil Foden (hər üçü "Mançester Siti")
Hücumçu: Kərim Benzema ("Real")
Qeyd edək ki, yarımfinalın ilk oyunları çərçivəsində "Mançester Siti" "Real"ı (4:3), "Liverpul" isə "Vilyarreal"ı (2:0) məğlub edib.