"Qarabağ" və "Zirə" finalda - YENİLƏNİB

23:25 29 Aprel 2022

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, əvvəlcə “Qarabağ” – “Qəbələ” oyunu baş tutub. Bu cütün taleyi demək olar ki, həll olunub. “Qarabağ” səfərdəki ilk matçda “Qəbələ” təmsilçisini 3:1 hesabı ilə məğlub edib. “Köhlən atlar”a finala çıxmaq üçün heç-heçə də bəs edir.
 
Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” “Zirə” ilə qarşılaşıb. İlk görüşdə qapılara qol vurulmaması bu matça marağı daha da artırır. Premyer Liqada da oyunları daim gərgin mübarizə şəraitində keçən bu komandalardan hansının adını finala yazdıracağı 90, bəlkə də, 120 dəqiqənin tamamında məlum olacaq.
 
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel
 
Qarabağ – Qəbələ 5:0 
Qol: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37.
İlk oyun 3:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”, 17:30.
 
Neftçi – Zirə  0:)
Penaltilər seriyası: 2:4
İlk oyun – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”, 20:30.


Xəbər xətti