Fransa çempionatı: PSJ-dən 6 qolluq heç-heçə

10:00 30 Aprel 2022

Bu gün futbol üzrə Fransa Liqa 1-də 35-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

 

PSJ səfərdə “Strasburq”la qarşılaşıb. Bu oyunun PSJ üçün demək olar ki, heç bir əhəmiyyəti yox idi. Çünki Maurisio Poçettinonun komandası artıq Liqa 1-də çempionluğu rəsmiləşdirmişdi. Altı qolun qeydə alındığı qarşılaşma bərabərliklə bitib.

 

Fransa Liqa 1
35-ci tur

29 aprel

Strasburq – PSJ 3:3
Qol: Qameyro, 3. Verratti, 75-öz qapısına. Kasi, 90+1 – Mbappe, 23; 68. Hakimi, 64.

30 aprel

19:00. Lans – Nantes
23:00. Renn – Sent-Etyen

1 may

15:00. Trua – Lill
17:00. Brest – Klermon
17:00. Loryan – Reyms
17:00. Monako – Anje
17:00. Monpelye – Mets
19:05. Bordo – Nitsa
22:45. Olimpik (Marsel) – Olimpik (Lion)

 

 


Digər xəbərlər

Xəbər xətti