“Qarabağ” 20-ci böyükhesablı qələbəsini qazandı

10:30 30 Aprel 2022

“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb.
 
 
Sportarena.az xəbər verir ki, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib.
 
 
5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.
 
 
Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.
 
 
Qeyd edək ki, “Qarabağ” kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.


Xəbər xətti