Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, ikinci yarış günüdə Azərbaycanın daha 2 təmsilçisi mübarizəyə başlayacaq. Avropa çempionu, dünya çempionatlarının ikiqat bürünc mükafatçısı Hidayət Heydərov 973 kq) 1/16 finalda polşalı Adam Stodolski ilə üz-üzə gələcək.
Rio-2016 Olimpiadasının və dünya çempionatlarının ikiqat gümüş medalçısı Rüstəm Orucov (73 kq) isə bu mərhələdə irlandiyalı Coşua Qrinlə münasibətləri aydınlaşdıracaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. Final yarışlarına isə 17:00-da start veriləcək.
Qeyd edək ki, çempionatın ilk günündə mübarizə aparan Azərbaycanın 6 təmsilçisindən heç biri medal qazana bilməyib. Millimizin daha 3 üzvü sabah - yarışın son günündə qüvvəsini sınayacaq.