Futbol üzrə Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
“Arminiya” – “Herta” və “Ştutqart” – “Volfsburq” matçlarında qalib müəyyənləşəyib.
Lider “Bayern” bu turda “Maynts”ın qonağı olub. Artıq çempionluğu təmin etmiş Münhen təmsilçisi bu oyundan məğlub ayrılıb.
Dortmund “Borussiya”sı isə “Bohum”la qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. “Hoffenhaym” isə “Frayburq”la ev oyununda məğlubiyyətə üzülüb.
“Köln” də səfərdə “Auqsburq” üzərində darmadağına sevinib.
Almaniya Bundesliqası
32-ci tur
29 aprel
Union Berlin – Qroyter 1:1
Qol: Miçel, 72 – Hrqota, 33.
30 aprel
Arminiya – Herta 1:1
Qol: Nilsson, 90+1 – Tuzar, 54.
Auqsburq – Köln 1:4
Qol: Nyederlexner, 73 – Tilmann, 12. Ut, 15. Modeste, 63; 77.
Borussiya (Dortmund) – Bohum 3:4
Qol: Haland, 18-pen; 30-pen; 62 – Polter, 3. Holtmann, 8. Lokadiya, 81. Pantoviç, 85.
Maynts – Bayern 3:1
Qol: Burkardt, 18. Nyakate, 27. Barreyro, 57 – Levandovski, 33.
Ştutqart – Volfsburq 1:1
Qol: Fuhriç, 89 – Bruks, 13.
Hoffenhaym – Frayburq 3:4
Qol: Kramariç, 32. Ştiller, 49. Rudi, 84 – Salai, 23. Gunter, 50. Holer, 70. Yonq, 73.
2 may
22:30. Bayer – Ayntraxt
22:30. Borussiya (Mönxenqladbax) – Leypsiq