"Zaqatala"dan səfər qələbəsi, "Şamaxı-2"dən darmadağın

10:28 2 May 2022

Futbol üzrə 1-ci divizionda 24-cü tura start verilib.
 
Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Şamaxı”nın əvəzediciləri doğma meydanda “Səbail-2” ilə qarşılaşıb və 5 cavabsız qolla qalib gəlib. “Neftçi” ilə “Zirə”nin ikinci komandalarının oyununda da meydan sahibləri qələbəyə sevinən tərəf olub. “Zaqatala” isə səfərdə  “Sumqayıt”ın əvəzedicilərinin qonağı olub və  minimal hesabla qələbə qazanıb.
 
Birinci Divizion
24-cü tur
1 may
 
Şamaxı-2 – Səbail-2 5:0
Qol: Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Tural Qurbanov
“ASK Arena”, 16:00
 
Neftçi-2 – Zirə-2 1:0
Qol: Xəqani Sadıxov, 34.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
“Neftçi”nin məşq bazası (4-cü meydança), 16:00
 
Sumqayıt-2 – Zaqatala 0:1
Qol: Xəlil Bəşirov, 26.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kərim Zeynalov, Nicat İsmayıllı
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00
 


Digər xəbərlər

Xəbər xətti