Bu gün UEFA Çempionlar Liqasında finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada “Liverpul”u (İngiltərə) qəbul edib. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.
“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
23:00. “Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) 2:3
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
Qeyd edək ki, digər yarımfinal matçı bu gün Madrid “Real”ı ilə (İspaniya) “Mançester Siti” (İngiltərə) arasında olacaq. İngiltərədə 7 qolun vurulduğu ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.