Latviya çempionatında 10-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin sabiq forvardı Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti maçtına çıxıb.
Bu klub "Liepaya"nı qəbul edib. Əsgərovun komandası evdə rəqibinə 1:3 uduzub.
Meydana start heyətində çıxan Vüqar 75-ci dəqiqədə əvəzlənib.
“Super Nova” 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.