"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq fikrində deyil.
Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"a qalib gəldikləri matçdan (3:0) sonra televiziya kameralarına bunları deyib: "Hələ işim bitməyib".
Bununla da, o, klubda qalmaq istədiyinin mesajını verib.
Qeyd edək ki, Ronaldo sözügedən görüşdə penaltidən fərqlənib. Bu, onun Premyer Liqadaa 2021/2022 mövsümündə 18-ci qolu olub.
Xatırladaq ki, 37 yaşlı oyunçunun bu mövsümün sonu "Mançester Yunayted"dən ayrıla biləcəyi barədə xəbərlər yayılıb.