"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi "Frayburq"dan Niko Şlotterbeki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. Alman oyunçu yayda "Borussiya"ya qoşulacaq.
Şlotterbek Almaniya yığmasının da üzvüdür.