FİFA-dan millimizin üzvünə ağır cəza

11:13 4 May 2022

FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir. 

 

Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunluq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib.

 

Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti