Tanınmış hücumçu həbs olundu

13:58 4 May 2022

"Selta”nın futbolçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi 2017-ci ildə bir qıza təcavüz etməkdə ittiham olunub. Qızın Mina ilə intim münasibət istəmədiyi iddia edilsə də, bu, futbolçunu dayandıra bilməyib. Hadisədən sonra zərərçəkmiş psixoloji problemlər yaşayıb. Minanın 8 il müddətinə azadlıqdan məhrum edilməsi, 10 il müddətinə zərərçəkmişə 500 metrdən az məsafədən yaxınlaşmasına qadağa qoyulması və 10 il müddətinə şərti cəzaya məhkum edilməsi tələb edilib. Məhkəmə isə oyunçunu 4 il müddətinə azadlıqdan məhrum edib. 

 

Qeyd edək ki, Santi Mina 2019-cu ildən "Selta"da oynayır. O, bu mövsüm 28 matçda 7 qol vurub və 3 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti