Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.
Sportarena.az xəbər verir ki, hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.
Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu qarşılaşma saat 12:00-da start götürəcək.
Həmin gün saat 15:00-da isə final oyunu baş tutacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.
Hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.