"Qəbələ"nin futbolçusu Fernan Lopez Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə"yə qalib gəldikləri matç (3:0) haqqında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu haqda öz İnstaqram hesabında paylaşım edib. Lopez yazıb: “Biz mübarizədəyik! 3 final oyunu qaldı”.
Xatırladaq ki, “Qəbələ” hazırda turnir cədvəlində 38 xalla 4-cüdür. Kmanda qarşıdakı turlarda müvafiq olaraq “Neftçi”, “Şamaxı” və “Sabah” klubları ilə qarşılaşacaq.