Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Real"ın "Mançester Siti" ilə görüşdə (3:1) 8 qurtarış edən qapıçısı Tibo Kurtua olub. 30 yaşlı qolkiper "Liverpul"dan Luis Dias, "Mançester Siti"dən Bernardo Silva, "Vilyarreal"dan Fransis Kokleni qabaqlayıb.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının finalında "Liverpul"la ilə üz-üzə gələcək. Qarşılaşma mayın 28-də Parisdəki "Stad de Frans" arenasında keçiriləcək.