Müdafiəçi Erik Beyli və Fil Cons bu yay “Mançester Yunayted”i tərk edəcəklər.
Sportarena.az “Daily Star”-a istinadən xəbər verir ki, bu barədə futbolçular komanda yoldaşlarına bildiriblər.
28 yaşlı Bayinin “qırmızı şeytanlar”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, bütün yarışlarda 7 oyun keçirib və qol vurmayıb.
30 yaşlı Fil Consun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, cari mövsümdə 8 oyun keçirib.