Türkiyənin "Ankaragücü" klubunun "Bursaspor"da çıxış edən azərbaycanlı futbolçu Namik Ələskərovla maraqlanır.
Sportarena.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan Ankara təmsilçisi baş məşqçi postuna tanınmış mütəxəssis də gətirmək istəyir.
Türkiyə mətbuatının yazdığına görə, "sarı-göylər" "Qalatasaray"ın əfsanəsi "Fatih Terimi bu posta gətirmək barədə düşünür. Klubun azarkeşləri də sosial şəbəkələrdə Fatih Terimin baş məşqçi olması üçün kampaniya başladıb.
Qeyd edək ki, Fatih Terimin məşqçi kimi ilk işlədiyi klub "Ankaragücü" olub. 68 yaşlı mütəxəssis 1987-1989-cu illərdə paytaxt təmsilçisini çalışdırıb.