Fransa millisinin sabiq hücumçusu Tyerri Anri "Qızıl top"a namizədlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, o, "Real"ın forvardı Kərim Benzema və "Liverpul"un vingeri Sadio Maneni mükafata əsas namizədlər kimi görür:
"Qızıl top"un favoritləri Kərim Benzema və Sadio Manedir. Onlar Çempionlar Liqasının finalına rəng qatacaq, həmin oyunu daha cəlbedici edəcəklər. Benzemanın bir qədər öndə olduğunu düşünürəm, ancaq "Liverpul" Çempionlar Liqasının qalibi olsa, eyni zamanda İngiltərədə titullar əldə etsə, vəziyyət dəyişə bilər. Manenin bu mükafatı alması Afrika üçün möhtəşəm olardı, amma mən yenə də Benzemanı seçirəm".