“Araz” 16-cı dəfə Azərbaycan çempionu oldu

00:10 8 May 2022

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünün qalibi bəlli olub. Sportarena.az xəbər verir ki, final oyununda “Araz” (Naxçıvan) və EKOL komandaları üz-üzə gəlib.
 
Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Araz” tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.
 
Xatırladaq ki, bürünc medal uğrunda görüşdə də “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.
 
Yüksək Liqa
Final
 
Araz - EKOL 9:2 
Qollar: Maneka, 2:51; 33:59. Ramiz Çovdarov, 6:67; 13:44. David Qustavo, 9:52; 16:56. Fərid Ələkbərov, 26:58. Felipinyo, 29:07. Murilo, 37:25 - Radik Əhmədov, 2:59. Namiq Məmmədkərimov, 39:47.
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov


Digər xəbərlər

Xəbər xətti