Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
“Sivasspor” doğma meydanda “Kasımpaşa”ya, “Adana Dəmirspor” isə “Alanyaspor”a məğlub olub.
Dörd qolun qeydə alındığı “Fatih Karagümrük” – “Göztəpə” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Başakşəhər” və “Qalatasaray”ın görüşündə isə qapılara qol vurulmayıb.
Türkiyə Super Liqası
36-cı tur
Sivasspor – Kasımpaşa 1:3
Qol: Feliks, 90+2 – E.Elmalı, 58. Eysserik, 73. U.Bozok, 77.
Fatih Karagümrük – Göztəpə 3:1
Qol: Borini, 31. E.Mor, 51. B.Bekaroğlu, 64 – Baku, 47.
Başakşəhər – Qalatasaray 0:0
Adana Dəmirspor – Alanyaspor 1:2
Qol: Belhanda, 32 – T.Sanuc, 20-öz qapısına. E.Akbaba, 76.