İngiltərə çempionatı: "Mançester Yunayted" 4 cavabsız qola üzüldü

02:55 8 May 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Bernli” “Aston Villa” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. “Brentford” “Sauthempton”u, “Kristal Pelas” isə “Uotford”u məğlub yola salıb.

Yeni sahibinə qovuşan “Çelsi” bu turda “Vulverhempton”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “Mançester Siti” ilə çempionluq mübarizəsi aparan “Liverpul” “Tottenhem”i qəbul edib. Hərəyə 1 qol vuran komandalar meydanı da 1 xalla tərk ediblər.

Mövsümün uğursuzlarından olan “Mançester Yunayted” isə bu turda “Brayton”la üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyunda gözlənilməz darmadağına üzülüb.

İngiltərə Premyer Liqası
36-cı tur 

Bernli – Aston Villa 1:3
Qol: Korne, 90+1 – İnqs, 7. Buendiya, 31. Uotkins, 52.

Brentford – Sauthempton 3:0
Qol: Yansson, 13. Vissa, 14. Ayer, 79.

Kristal Palas – Uotford 1:0
Qol: Zaha, 31-pen.

Çelsi – Vulverhempton 2:2
Qol: Lukaku, 56-pen; 58 – Trinkao, 79. Koadi, 90+7.

Brayton – Mançester Yunayted 4:0
Qol: Kaysedo, 15. Kukurella, 49. Qross, 57. Trossar, 60.

Liverpul – Tottenhem 1:1
Qol: L.Dias, 74 – Son, 56.


Digər xəbərlər

Xəbər xətti