“Şalke” yenidən Bundesliqada

12:00 8 May 2022

Almaniyanın ikinci Bundesliqasında mövsümün çempionu müəyyənləşib. Sportarena.az xəbər verir ki, yarışın qalibi “Şalke” olub. 
 
Sözügedən komanda buna 33-cü turda “Sankt Pauli”yə qalib gəlməklə (3:2) imza atıb. “Şalke” bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi “Hamburq”u 5 xal qabaqlayıb. Gelzenkirxen təmsilçisi çempionluqla yanaşı, növbəti mövsüm üçün əsas Bundesliqaya vəsiqə də qazanıb.
 
Xatırladaq ki, "Şalke" ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı. 


Digər xəbərlər

Xəbər xətti