Xorvatiya çempionatı: Mahir Emreli "Osiyek"ə qarşı oynayacaq?

12:23 8 May 2022

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" ölkə çempionatının 34-cü turunda "Osiyek"lə üz-üzə gələcək.

Sportarena.az xəbər verir ki, Emrelinin Zaqreb klubunun çempionatda əsas rəqiblərindən olan komandaya qarşı matçda iştirakı sual altındadı.

İki tur əvvəl Emreli çiynindən zədə alsa da, son turda “Lokomotiv”ə (1:1) qarşı bir saatdan çox meydanda olub. Xatırladaq ki, “Osiyek” “Dinamo”dan 5 xal geridə qalaraq, 3-cü pillədə qərarlaşıb. Mahirin komandası 70 xalla ölkə çempionatının vahid lideridi. "Hayduk"(Split) isə 66 xalla ikinci pilləni tutur. 


Digər xəbərlər

Xəbər xətti