“Səbail”in baş məqşçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna yaxşı başlamadıq. Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bu, amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra ikinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var. Bizim üçün isə rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq”.