Dmitri Nazarovun komandası darmadağın oldu

21:49 8 May 2022

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Verder”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
 
33 oyuna 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti