Fərid Nəbiyev oynamadı, komandası bərabərə qaldı

22:30 8 May 2022

Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” da növbəti matçına çıxıb.

Jijkov təmsilçisi doğma meydanda “Prosteyov”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

​“Viktoriya” 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti