“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Azersun Arena"dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi.
Rəqib komandanın yaxşı qol imkanları oldu. Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur üstün oynasaq da, "Qəbələ"yə uduzduq. Bu gün məğlub olmamaq vacib idi.
Bütün fikrimiz çempionatdadır. Vacib oyunlar keçiririk. Finalda da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib "Qarabağ"dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. "Qarabağ"ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq".