Türkiyə çempionatı: İstanbul derbisində heç-heçə qeydə alındı

10:53 9 May 2022

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Turun mərkəzi oyunu İstanbulda keçirilib. İstanbul derbisində “Beşiktaş”la “Fənərbaxça” üz-üzə gəlib. Hər iki komandanın qələbəyə ehtiyacı vardı. Lakin yekunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

“Altay” – “Girəsunspor” matçında da oxşar nəticə qeydə alınıb. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Rizəspor” isə meydanı 3:1 hesablı qələbə ilə tərk edib.


Digər xəbərlər

Xəbər xətti