İspaniya çempionatı: “Atletiko” “Real”ı məğlub yola saldı

11:11 9 May 2022

Futbol üzrə İspaniya çempionatında 35-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Sevilya” və “Espanyol” – “Osasuna” matçlarında qalib müəyyənləşməyib - 1:1. “Xetafe” ilə “Rayo Valyekano”nun görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. Çempionluğu rəsmiləşdirən “Real” “Atletiko” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.


Digər xəbərlər

Xəbər xətti