"Qalatasaray"ın hücumçusu Mustafa Məhəmməd komandanan ayrılmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, 25 yaşlı forvard İstanbul təmsilçisinindən ayrılmaq istəyidiyi rəhbərliyə bildirib. "Cim bom" Misir yığmasının üzvünün satışından 10 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Mustafa Məhəmmədlə Fransa klubları yaxından maraqlanır. "Lill", "Monpelye" və "Bordo" futbolçunu heyətinə qatmaq istəyir.
Mustafa Məhəmməd "Qalatasaray"a Misirin "Zamalek" klubundan 4 milyon dollara transfer olunub. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətindı meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 5 qol ötürməsi ilə yadda qalıb.