“Formula 1” üzrə dünya çempionatının beşinci raundunun qalibi müəyyənləşib. Mayami qran-prisində “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib olub.
İkinci və üçüncü yerləri müvafiq olaraq “Ferrari” komandasının pilotları - Monakodan olan Çarlz Lekler və ispaniyalı kiçik Karlos Sayns tutublar.
“Formula 1” tarixində Mayami Qran-prisi ilk dəfə keçirilib.