"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland "Mançester Siti"yə keçməyə yaxındır.
Jurnalist Fabrizio Romano norveçli hücumçunun İngiltərə təmsilçisində tibbi müayinədən keçdiyini yazıb.
"The Guardian" nəşri isə oyunçu ilə imzalanacaq müqavilənin detallarını açıqlayıb. Bildirilib ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq və o, həftədə təxminən 350 min funt-sterlinq qazanacaq.